
Azərbaycan Premyer Liqasında növbəti hakim səhvi yaşanıb.
Sportnet.az-ın məlumatına görə, bu, V turun "Sumqayıt" - "Neftçi" görüşündə baş verib.
65-ci dəqiqədə qonaq komandanın futbolçusu Sessi D Almeyda meydan sahiblərinin cərimə meydançası daxilində topa zərbə endirmək istərkən, kobudluğa məruz qalıb. "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksa Yankoviçin zərbəsi D Almeydanın ayağına tuş gəlib.
Lakin FIFA referisi Elçin Məsiyev nəinki penalti təyin edib, heç VAR-a da çağırılmayıb. Oyunun VAR hakimi Tural Qurbanov, VAR hakiminin köməkçisi Asiman Əzizli olub.
"Neftçi" klubu mübahisəli epizodu "VAR deyilən bir şey var" başlığı ilə paylaşaraq, etirazını bəyan edib.
Qeyd edək ki, hakim səhvinə baxmayaraq, "Neftçi" oyunun sonlarında 2 qol vuraraq, Premyer Liqada ilk qələbəsini qazanıb - 2:0.