
Rusiya Paralimpiya Komitəsi (PKR) Beynəlxalq Paralimpiya Komitəsinə (IPK) tamhüquqlu üzv kimi bərpa olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar IPC-nin Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Baş Assambleyasında qəbul olunub.
Səsvermənin birinci mərhələsində PKR-in tam uzaqlaşdırılması əleyhinə 111, lehinə 55, bitərəf 11 nümayəndə səs verib.
İkinci turda PKR-in qismən qismən uzaqlaşdırılmasının ləğvi lehinə 91, əleyhinə 77, bitərəf 8 səs qeydə alınıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı səsvermə əvvəlcə 26 sentyabra təyin olunmuşdu. Lakin onu texniki səbəblərdən bu günə təxirə salıblar.