
Gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi “Center of Refereeing Excellence” (CORE) proqramında Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.
AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib.
Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.