
"Lənkəran" basketbol komandası sonuncu transferini həyata keçirib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Cənub təmsilçisi amerikalı basketbolçu Bilal Şabazz ilə güclənib.
25 yaşlı oyunçu 202 sm boya malikdir. O, mövqey olaraq hücumçudur. Bilal peşəkar karyerasında Kiprin "Axiles" klubunun formasını geyinib.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum, Antoni Tseqakele və Akit Çoudhari transferlərini həyata keçirib.