Portuqaliyada "Sportinq" və "Kayrat" arasında keçirilmiş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I tur matçından öncə qeyri-adi olay baş verib.
Sportnet.az-ın ABola"ya istinadən məlumatına görə, komandalar meydana çıxdıqları vaxt Lissabondakı "Joze Alvalade" stadionunda Avropa Liqasının himni səsləndirilməyə başlayıb.
Bir neçə saniyədən sonra səhv düzəldilib və Çempionlar Liqasının himn sədaları eşidilməyə başlayıb.
Lakin bu da azarkeşlərin etiraz əlaməti kimi uğultularına və fitə basmalarına mane olmayıb.
Qeyd edək ki, oyun "Sportinq"in qələbəsi ilə yekunlaşıb - 4:0.


















































































