
"Yarış mənim üçün normal keçdi".
Bunu Sportnet.az-a açıqlamasında III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Yeqor Maynitski deyib.
Yeniyetmə idmançı bildirib ki, fəxri kürsü hədəfinə çatmağı bacarıb: "Yarış mənim üçün normal keçdi. Nə gözləyirdimsə, o da oldu. Hər şey yaxşı idi".
O, növbəti hədəfinin qızıl medal olduğunu diqqətə çatdırıb: "Gözləntim qızıl medaldır. Bu gün bürünc medal qazandım, növbəti yarışımda qızıl medal üçün mübarizə aparacağam".