
MDB Oyunlarının Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq yarışında Azərbaycan idmançısı medal qazanıb.
Sportnet.az xəbər verir ki, Mürtəza Novruzlu stend atıcılığında (trap növü) ikinci olub.
Özbəkistanlı Azamat Kayumov qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov isə üçüncü yeri tutub.
Qeyd edək ki, daha öncə Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında gümüş medal qazanıb.