Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 1:1 hesablı qələbə ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə meydan sahiblərindən Coy Lens Mikels açıb. 35-ci dəqiqədə isə Rüstəm Əhmədzadə bərabərlik qolunu vurub.
Qarşılaşma mübahisəli epizodla zəngin olub. İlk yarıda "Sumqayıt"ın qırmızı vərəqə tələbini rədd edən referi ikinci hissədə meydan sahiblərinin iki qolunu VAR müdaxiləsindən sonra saymayıb.
Bundan başqa stadionda iki dəfə işıqlar sönüb.
---------------------
Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Azersun Arena"da təşkil olunmuş Qərb derbisində "Turan Tovuz" və "Kəpəz" komandaları üz-üzə gəlib.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş Tovuz komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 32-ci dəqiqədə Aleks Souza açıb. 36-cı dəqiqədə Joarlem Suares fərqi artırıb. Oyunda son nöqtəni isə ikinci hissə başlayan kimi- 46-cı dəqiqədə Filip Ozobiç qoyub.
Beləliklə, xalını 12-yə çatdıran "Turan Tovuz" "Zirə" ilə ilk 2 yeri bölüşür. Ardıcıl 6 oyundur uduzan "Kəpəz" isə sonuncu yerdədir.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VI turun son oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar Suraxanıda və Masazırda təşkil olunacaq.
"Azersun Arena"da "Turan Tovuz" və "Kəpəz" arasında Qərb derbisi baş tutacaq. 5 turdan sonra "Turan Tovuz" 9 xalla 5-cidirsə, "Kəpəz" oyunlarının hamısında uduzduğu üçün xalsızdır. Saat 16:30-da başlanacaq matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Komandaların builki matçlarının hər ikisində böyük hesablı nəticələr qeydə alınıb. Əvvəlcə 2024/2025 mövsümünün ikinci yarısındakı qarşılaşmalarda əvvəlcə "Kəpəz" 5:2, daha sonra "Turan Tovuz" 4:0 hesablı qələbə qazanıb.
Ümumilikdə 12 matçın 8-də Tovuz, 3-də Gəncə təmsilçisi qələbə qazanıb, 1 oyun heç-heçə ilə bitib. Topların nisbətində də "Turan Tovuz"un üstünlüyü var - 23:9. Tovuzlular son 8 oyunda qol vurub. Gəncəlilər səfərdə xal qazanmayıb.
Turun son matçında isə "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edəcək. "Sumqayıt" 5 oyundan 10 xalla 4-cü, "Sabah" 4 görüşdən 7 xalla 7-cidir. Bu görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Bu, iki komanda arasıdan 28-ci çempionat oyunu olacaq. Əvvəlki 27 matçın 14-də "Sabah", 8-də "Kəpəz" qələbə qazanıb, 5 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində Masazır təmsilçisi öndədir - 50:27. Son iki görüş heç-heçə ilə başa çatıb. “Sabah” son 9 ev qarşılaşmasında məğlub olmayıb.
Azərbaycan Premyer Liqası, VI tur
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz" - 3:0
Qollar: Aleks Souza 32, Joarlem Santos, 36. Filip Ozobiç 46
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
"Azersun Arena"
19:00. "Sabah" – "Sumqayıt" - 1:1
Qollar: Coy Lens Mikels, 26 - Rüstəm Əhmədzadə, 35
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
"Bank Respublika Arena"
Əvvəlki oyunların nəticələri
26 sentyabr
"İmişli" - "Zirə" - 1:1
"Qarabağ" - "Qəbələ" - 2:0
27 sentyabr
"Neftçi" - "Karvan" - 0:0
"Şamaxı" - "Araz-Naxçıvan" - 1:1.













































































