"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Lüksemburq çempionu "Differgange 03" olub.
Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Qırmızı-ağlar"ın qollarını Jan Perruzo və Luicci Lonqo vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin ilk oyununda Rumıniyanın "Qalati Yunayted" komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Qrupda sonuncu turun oyunları noyabrın 1-də keçiriləcək. Azərbaycan çempionu Niderlandın "Tigers Roermond" klubu ilə qarşılaşacaq.




































































