
"Mən çox yaxşı anlayıram ki, siz bu oyunda qalib gələcəyimizi düşünürsünüz. Amma bu, onlara qeyri-ciddi yanaşdığımız anlamına gəlmir".
Sportnet.az-ın məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sentyabr qarşılaşmalarında əldə etdikləri 6 xal qədər növbəti iki oyunda qələbə qazanmalarının vacib olduğunu bildirib: "Əlbəttə, biz Azərbaycan millisini müdafiə olunmağa məcbur edəcəyik. Mən texniki menecerlərimizə güvənirəm. Onlar bu komandanı böyük ehtirasla və hərtərəfli analiz edəcəklər. Məqsəd həm kollektiv, həm də fərdi səviyyədə mümkün qədər çox informasiya əldə etməkdir. Onların matçlarını da izləyəcəklər. Bu, yüksək səviyyənin bir hissəsi olan hörmət, təvazökarlıqdır".
Qeyd edək ki, Fransa və Azərbaycan milliləri oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda üz-üzə gələcəklər. Oktyabrın 13-də isə bu komanda İslandiyanın qonağı olacaq. D qrupunun hər iki matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Hər iki oyunda qələbə qazanacağı təqdirdə, "xoruzlar" DÇ-2026-ya qrup lideri kimi vəsiqə qazanacaqlar.