Azərbaycanın yeniyetmə və gənc paracüdoçularının olimpiyaçılarla birlikdə məşqlərinə start verilib.
Sportnet.az-ın Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən məlumatına görə, məşqdə olimpiya çempionları Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.
Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.
Qeyd edək ki, birgə hazırlıq Milli Paralimpiya Komitəsi və ACF-nin əməkdaşlığı çərçivəsində baş tutub.

































































































