Las-Veqas Qran-Prisində texniki qayda pozuntuları səbəbindən "McLaren" komandası yarışdan kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, ABŞ-də keçirilmiş Qran Prinin ardından yoxlamalar Lando Norris və Oskar Piastrinin avtomobillərində təkər protektorunun dərinliyinin minimum icazə verilən səviyyədən aşağı olduğu müəyyənləşib.
Məsələ baxılmasından ötrü stüardlara təqdim edilib və nəticədə bütün komanda diskvalifikasiya edilib.
Bu qərar yarışın nəticələrinə birbaşa təsir edib. Norris 2-ci, Oskar Piastri isə 4-cü yerini itirib. "Red Bull" sürücüsü Maks Ferstappen qalib kimi qalıb, podiumda digər iki yeri isə "Mercedes" pilotları Corc Rassell və Kimi Antonelli tutub.
Qərar həmçinin 2025-ci il mövsümünün cədvəlinə təsir edib. Lando Norris hələ də lider olsa da, Ferstappen və Piastri ilə fərq 24 xala enib. Mövsümdə yalnız iki yarış – Əbu-Dabi və Qatar qaldığından, "Red Bull" pilotu üçün çempionluq uğrunda real şans hələ də mövcuddur.
Qeyd edək ki, Maks Ferstappen avqustda birinci yerdən 97 xal geridə idi.


































































