Azərbaycan Premyer Liqasında XII turun “Qarabağ”la ev oyunundan sonra “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom Sportnet.az-a açıqlama verib.
Madaqaskarlı forvard oyunun çətin keçdiyini, amma komandanın yaxşı çıxış etdiyini bildirib.
O, bəzi detalları təkmilləşdirməyin vacib olduğunu vurğulayıb: "Biz öz oyun üslubumuzu belə də saxlamalı və eyni intensivliklə davam etməliyik".
Ramalinqom son 3 penaltinii dəqiq yerinə yetirə bilmədiyini xatırladıb: “Penaltini qaçırdım, amma bu, futboldur. Artıq hər şey keçmişdə qaldı. Ümid edirəm ki, növbəti penalti komanda yoldaşım tərəfindən qola çevriləcək”.
Hücumçu "Şamaxı" ilə səfər matçında 3 xal qazanacaqlarınü ümidvar olduğunu bildirib: "Məşqlərdə bunun üzərində işləyəcəyik. Ümid edirəm ki, gələn tur da "Qarabağ"la oyundakı kimi yaxşı çıxış edəcəyik və daha uğurlu nəticə - 3 xal qazanacağıq. Bundan ötrü əlimizdən gələni edəcəyik".
Ramalinqom VII turda "Turan Tovuz" (0:3), XI turda "Qəbələ" (2:0) və XII turda "Qarabağ" (2:4) ilə qarşılaşmalarda penaltidən dəqiq yararlana bilməyib.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Şamaxı" - "Sumqayıt" matçı saat 14:00-da başlanacaq.

































































