Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvlərindən ilk olaraq Yekaterina Sariyeva mübarizəyə qoşulub.
Üç təkanla tullanma növündə mübarizə aparan atletin ən yaxşı göstəricisi 13.84 metr olub.
Bu nəticə ilə Sarıyeva mötəbər yarışda bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, Yekaterina Sarıyevanın VI İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.


















































































