"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin qalan oyunları üçün sifariş ərizəsinə yeni futbolçu daxil edib.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, Coni Montieldir.
İspaniyalı yarımmüdafiəçi 9 nömrəli formanı geyinəcək. Yayda transfer olunmuş 27 yaşlı yarımmüdafiəçi zədəli Kadi Borgesi əvəzləyib.
Montiel artıq noyabrın 26-da İtaliyada "Napoli"yə qarşı görüşdə qitəmiqyaslı turnirdə debüt edə bilər. O, transfer edildiyi vaxt zədəli olduğu üçün bir müddət bərpa prosesi keçib. Təcrübəli oyunçu oktyabrın 31-də Azərbaycan Premyer Liqasında X turun "İmişli" ilə ev oyununun (2:0) 90-cı dəqiqəsində ilk dəfə "Qarabağ" forması ilə meydançaya çıxıb.










































































