Azərbaycan millisi Fransa yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup matçında daha bir itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, qapıçı Şahrudin Məhəmmədəliyev ilk yarının sonlarında baldır əzələsindən xəsarət alıb.
Nəticədə o, ikinci hissəyə çıxmayıb. 31 yaşlı qokiperi Aydın Bayramov əvəzləyib.
Məhəmmədəliyev Azərbaycan millisinin son toplanışında "Qarabağ"ın problemlə üzləşən üçüncü oyunçusu olub. Daha əvvəl Elvin Cəfərquliyev xəstəliyi, Toral Bayramov isə zədə üzündən yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, hazırda Fransa 3:1 hesabı ilə öndədir.







































































