"İtaliya “Napoli”sinin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Konte A Seriyasının XII turunda “Atalanta” üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra açıqlama verib.
“Qarabağ bu mövsüm Çempionlar Liqasının sürpriz komandalarından biri oldu. Ona görə də bu oyuna ciddi hazırlaşmalı və növbəti ciddi sınağa hazır olmalıyıq”, – deyə italiyalı mütəxəssis əlavə edib.
4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü pillədə qərarlaşıb. Noyabrın 26-da Napoli şəhərindəki Dieqo Armando Maradona stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.


































































