Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, II dövrənin ilk turunun birinci oyun günündə 2 görüş keçirilib.
Turun açılış oyunu ot örtüyü dəyişdirilmiş Yevlax şəhər stadionunda "Karvan-Yevlax" və "Kəpəz" arasında təşkil olunub. Baş hakim Rauf Cabarovun idarə etdiyi matç Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Meydan sahiblərindən 31-ci dəqiqədə kapitan Araz Abdullayev, qonaqlardan isə 16-cı dəqiqədə Luis Paçu və 76-cı dəqiqədə penaltidən Rauf Hüseynli fərqlənib.
Bununla da xalını 6-ya yüksəldən "Kəpəz" 11-ci pilləyə qalxıb. 5 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci pilləyə enib.
Günün digər matçında isə lider "Qarabağ" bu mövsüm uduzduğu yeganə komanda - "Sumqayıt"ın qonağı olub. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Baş hakim Fərid Hacıyev mübahisəli qərarları ilə diqqət çəkib. Oyunun əvvəllərində meydan sahibləri aşkar qol imkanından məhrumetməyə görə qırmızı vərəqə tələb etsələr də, Hacıyev sarı vərəqə ilə kifayətlənib. Əvəzində 60-cı dəqiqədə Rayan Senhaci qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub. "Qarabağ"ın qollarını Leandro Andrade, 6-cı, Toral Bayramov, 42-ci, Abdullah Zubir, 63-cü, Aleksey Kaşuk, 90+3-cü dəqiqədə vurub. "Sumqayıt"dan isə Höccət Haqverdi 31-ci, Nsana Simon 84-cü dəqiqədə fərqlənib. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, "Qarabağ" İtaliyada "Napoli"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl vacib qələbə qazanaraq, 26 xalla liderliyini möhkəmləndirib. 20 xala malik "Sumqayıt" isə hələlik 4-cü pillədədir.
Qeyd edək ki, turun qalan oyunları 22-23 noyabrda keçiriləcək.
--------------------
Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, II dövrənin ilk turunun birinci oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış oyunu ot örtüyü dəyişdirilmiş Yevlax şəhər stadionunda saat 14:00-da başlanacaq matçla əlamətdar olacaq. "Karvan-Yevlax" baş hakim Rauf Cabarovun idarə edəcəyi qarşılaşmada "Kəpəz"i sınağa çəkəcək.
Bu komandalar ikinci dəfə üz-üzə gələcəklər. I dövrəyə təsadüf etmiş ilk matç “Karvan-Yevlax”ın qələbəsi ilə yekunlaşıb - 3:2. Komandalar arasında yeganə oyunda hər iki tərəf qol sevinci yaşayıb.
Hazırda "Karvan-Yevlax" 11 oyundan 5 xalla 11-ci, "Kəpəz" 3 xalla 12-ci yerdə gedir.
Günün digər görüşü isə "Sumqayıt" və "Qarabağ" arasında olacaq. Gənc referi Fərid Hacıyevin idarə edəcəyi matç saat 19:00-da başlanacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 11 oyundan 20 xalla 4-cü, "köhlən atlar" 10 oyundan 23 xalla 1-ci yerdə gedir.
"Qarabağ" bu mövsüm çempionatda yeganə məğlubiyyətini ilk dövrədə məhz "Sumqayıt"dan alıb. Ümumilikdə isə tərəflər arasındakı 52 oyundan 8-də "şəhərlilər", 39-da Ağdam komandası qalib gəlib. Yalnız 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Qarabağ"ın ciddi üstünlüyü var - 126:24. Son 7 matçda quruhesablı qələbə qeydə alınıb. “Qarabağ” son 2 səfərdə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XII tur
21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2
Qollar: Araz Abdullayev, 32 - Luis Paçu, 14; Rauf Hüseynli, 76 (pen.)
Sarı vərəqələr: Vüsal Məsimov, 20 (qeyri-idman hərəkəti); Vadim Abdullayev, 74 (hakimin qərarına etiraz); Araz Abdullayev, 85 (hakimin qərarına etiraz); Olavale Doyeni, 85 (hakimin qərarına etiraz); İmani Barker,90+4 (qeyri-idman hərəkəti)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 4000 tamaşaçı
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə (42. İbrahim Qədirzadə, 82) 6. Vadim Abdullayev (12. Vitor Roşa, 82) 33. Eltun Turabov (4. Olavale Doyeni, 46) 13. Vüsal Məsimov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings (10. Samuel Durrant, 55) 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 37. Mois Nqvisani 3. Said İranxan
Baş məşqçi: Azər Həşimov
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev (5. Rauf Hüseynli, 68) 77. Fərid Nəbiyev (53. Şahmar Aşurov, 90+4) 88. Şakir Seyidov 17. Ümid Səmədov 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 68) 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 10. Ryonosuke Ohori (99. Əli Səmədov, 90+1) 6. Pedro Qomeş (38. Cefferson Bentu, 68)
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 81. Elgün Bayramov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 14. Adama Fofana 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:4
Qollar: Höccət Haqverdi, 31; Nsana Simon, 84 - Leandro Andrade, 6; Toral Bayramov, 42; Abdullah Zubir, 63; Aleksey Kaşuk, 90+3
Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 77
Qırmızı vərəqə: Rayan Senhaci, 60
Sarı vərəqələr: Rayan Senhadji, 14; 60 (qeyri-idman hərəkəti); Pedro Pinto, 69 (qeyri-idman hərəkəti) - Mateus Silva, 2 (qeyri-idman hərəkəti); Emmanuel Addai, 11 (qeyri-idman hərəkəti); Kevin Medina, 36 (qeyri-idman hərəkəti)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayevа
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9 100 tamaşaçı
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə (19. Roi Kehat, 69) 8. Səbuhi Abdullazadə (k) (6. Rauf Rüstəmli, 78) 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 71. Masaki Murata (10. Nikola Ninkoviç, 69) 80. Keffel Resende (75. Nadir Orucov, 78) 11. Aleksa Yankoviç (95. Nsana Simon, 69) 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə (18. Dani Bolt, 70) 27. Toral Bayramov (7. Nəriman Axundzadə, 78) 10. Abdullah Zubir (k) (44. Elvin Cəfərquliyev, 70) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel (8. Marko Yankoviç, 70) 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 78) 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 3. Sami Mmae 6. Kris Kuaku
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, turun qalan oyunları 22-23 noyabrda keçiriləcək.
qə
















































































