Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə iki görüş keçirilib.
Qarşılaşmalar gözlənilməz nəticələrlə başa çatıb.
"Sabah" "Şamaxı" ilə matçda qolsuz heç-heçə edib. "Neftçi" isə öz meydanında debütant "İmişli"yə uduzub. Paytaxt təmsilçisi iki dəfə hesabda önə çıxsa da, qonaqlar hər iki halda bərabərliyi təmin edib və üstəlik, sonda qələbə topunu da vurub - 3:2.
Beləliklə, bu nəticələrdən sonra "İmişli" xalını 15-ə çatdırıb və eyni xala malik "Neftçi"ni qələbə sayında üstələyib. Hazırda bu komandalar hərəyə 15 xalla 7-8-ci yerləri bölüşdürürlər. "Sabah" 22 xalla 4-cü, "Şamaxı" 14 xalla 9-cudur.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XII turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Sabah" və "Şamaxı" komandaları üz-üzə gələcək.
"Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşmanı gənc referi Kamranbəy Rəhimov idarə edəcək. Hazırda 21 xalla 4-cü yerdə gedən "Sabah" qalib gəlsə, 2-ci pilləyə yüksələcək və lider "Qarabağ"la xal fərqini yenə 2-yə endirəcək. "Şamaxı" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
“Sabah” və “Şamaxı” indiyədək 23 dəfə qarşılaşıb. Hər iki komanda 8 qələbə qazanıb və 7 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində "Şamaxı"nın minimal üstünlüyü var - 27:26. “Şamaxı” son 5 görüşdə qol sevinci yaşayıbsa, "Sabah" son 2 matçda qalib gəlib.
Turun son görüşü isə "Palms Sports Arena"da “Neftçi” və “İmişli” arasında olacaq. Hazırda paytaxt təmsilçisi 15 xalla 7-ci, əyalət komandası 12 xalla 9-cu yerdədir. Tərəflər arasında ilk dövrədəki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Azərbaycan Premyer Liqası, XII tur
23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı” - 0:0
Sarı vərəqələr: Umarali Raxmonaliyev, 75 (qeyri-idman hərəkəti) - Arsen Ağcabəyov, 54 (qeyri-idman hərəkəti); Həbib İsmayılov, 74 (qeyri-idman hərəkəti); Vladislav Veremeyev, 87 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Bank Respublika Arena”, 827 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 88. Xəyal Əliyev (46. Aleksey İsayev, 46) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça (10. Anatoli Nuriyev, 68) 33. Umarali Raxmonaliyev 19. Aron Maluda (11. Kahim Parris, 68)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov (6. Antonio Lara, 86) 82. Rüfət Abbasov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau (7. Edqar Adilxanov, 86) 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu (80. Həbib İsmayılov, 63) 8. Alfons Msanqa (27. Emil Süleymanov, 77)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 21. Bilal İsmayılov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
17:30. “Neftçi” – “İmişli” - 2:3
Qollar: Vensan Abubakar, 11 (pen.). Emin Mahmudov, 60 - Ezekiel Morqan, 13. Dioqo Rollo, 64. Edvin Banquera, 88
Sarı vərəqələr: Elvin Bədəlov, 32 (qeyri-idman hərəkəti) - Yau Moses, 45 (qeyriidman hərəkəti); Ronaldo de Souza, 55 (qeyri-idman hərəkəti); Azər Salahlı, 65 (qeyriidman hərəkəti)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 1300 tamaşaçı
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar (19. Ağadadaş Salyanski, 76) 77. Falaye Sako (17. Murad Xaçayev, 67) 24. Mustafa Sek (22. Luis Ortis, 67) 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas (47. Murad Məmmədov, 90+3) 23. Cordan Rezabala (9. Bassala Sambu, 67)
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 27. Kristian Kostin
Məşqçi: Mübariz Orucov
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (5. İdris İnqilablı, 81) 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses (21. Abbas Ağazadə, 60) 9. Dioqo Almeyda (22. İbrahim Əliyev, 81) 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr (44. Həzrət İsayev, 90+3)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" evdə "Kəpəz"ə 1:2, "Sumqayıt" "Qarabağ"a 2:4 hesabı ilə uduzub. "Araz-Naxçıvan" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edibsə, "Zirə" evdə "Qəbələ"yə qalib gəlib - 1:0.














































































