Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə Ba-Muaka Simakala açıb. Almaniya vətəndaşı olan hücumçu cari mövsüm Premyer Liqada 7-ci qolunu vurub. 79-cu dəqiqədə isə Ayxan Hüseynov bərabərlik qolunun müəllifi olub.
Günün digər oyununda "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə yenib. Yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato vurub. O, keçmiş komandasını məyus edib. Əvəzində "Qəbələ"nin legioneri İbrahim Sanqare 29-cu dəqiqədə penaltidən yararlanmağı bacarmayıb.
Bu nəticələrdən sonra "Turan Tovuz" "Zirə" ilə hərəyə 23 xalla 2-3-cü, "Araz-Naxçıvan" isə "Sumqayıt"la bərabər hərəyə 20 xalla 5-6-cı, "Qəbələ" "Karvan-Yevlax"la birlikdə hərəyə 5 xalla 11-12-ci yerləri bölüşdürür.
Qeyd edək ki, ilk oyun günündə "Karvan-Yevlax" evdə "Kəpəz"ə 1:2, "Sumqayıt" "Qarabağ"a 2:4 hesabı ilə uduzub. Tura noyabrın 23-də keçiriləcək "Sabah" - "Şamaxı" və "Neftçi" - "İmişli" matçları ilə yekun vurulacaq.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.
Hazırda "Liv Bona Dea Arena"nın ot ötüyündə yenilənmə getdiyi üçün Naxçıvan təmsilçisi bu turda da rəqibini Sumqayıtda sınağa çəkəcək.
Hazırda "Araz-Naxçıvan" 19 xalla 6-cı, "Turan Tovuz" 22 xalla 2-ci pillədə qərarlaşıb. İlk oyun günündə "Sumqayıt" "Qarabağ"a 2:4 hesabı ilə uduzduğundan, hər iki komandaya qələbə mütləq lazımdır. Naxçıvan komandası qalib gəlsə, 3-cü pilləyə yüksələcək. Tovuz təmsilçisi isə qələbə təqdirində, lider "Qarabağ"la fərqi yenidən minimuma endirəcək.
“Araz-Naxçıvan” “Turan Tovuz”la 10-cu dəfə qarşılaşacaq. Əvvəlki oyunların 3-də Naxçıvan, 5-də Tovuz klubu qalib gəlibsə, cəmi 1 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Turan Tovuz" öndədir - 13:7. Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv son üç görüşdə qol vurub. Son iki qarşılaşmada hər iki komanda fərqlənib.
Günün son görüşü "Zirə" ilə "Qəbələ" arasında olacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 5-ci yerdə gedir. Kaxaber Tsxadadzenin komandası isə "Kəpəz"in ilk oyun günündə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə yenməsindən sonra 5 xalla 11-ci pilləyə enib. "Zirə" qələbə qazansa, ən azı 3-cü pilləyə yüksələcək.
Lakin əvvəlki 36 oyunun 9-da qəsəbə komandası, 12-də əyalət təmsilçisi qələbə qazanıb, 15 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Qəbələ" üstündür - 41:35. “Zirə” son 4 matçda uduzmayıb. “Qəbələ” son 2 səfərdə quru hesabla uduzub.
Azərbaycan Premyer Liqası, XII tur
22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 1:1
Qollar: Ba-Muaka Simakala, 21 - Ayxan Hüseynov, 78
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 32 (qeyri-idman hərəkəti); Ba-Muaka Simakala, 44 (qeyri-idman hərəkəti); Patrik Andrade, 77 (qeyri-idman hərəkəti) - Joarlem Santos, 54 (qeyriidman hərəkəti); Xorxe Silva, 60 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 77 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 73 (hakimin qərarına etiraz)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 250 tamaşaçı
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 16. Ramon Maçado 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes (14. Ülvi İsgəndərov, 85) 7. Hamidu Keyta (77. Bruno Franko, 66) 11. Ba-Muaka Simakala (24. Mustafa Əhmədzadə, 79)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 8. Coşqun Diniyev 26. Ömər Buludov 22. Elçin Mustafayev 33. Elmir Cəfərov 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 46) 88. Faiq Hacıyev (k) 6. Fərid Yusifli (10. Xəyal Nəcəfov, 46) 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 21. Aleks Souza (11. Ayxan Hüseynov, 62)
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
17:30. “Zirə” – “Qəbələ” - 1:0
Qol: Ruan Renato, 45+3 (pen.)
Qolla nəticələnməyən penalti: İbrahim Sanqare, 29 ("Qəbələ")
Sarı vərəqələr: Junior Martins, 42 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 53 (qeyri-idman hərəkəti); Stefan Aka, 69 (qeyri-idman hərəkətki) - Asif Məmmədov, 18 (hakimin qərarına etiraz); Adriel Ba Loua, 63 (hakimin qərarına etiraz); İsaak Amoah, 72 (qeyri-idman hərəkəti)
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels (14. Elçin Əlicanov, 87) 10. Giorgi Papunaşvili (77. Yeqor Boqomolski, 79) 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 79) 20. İssa Cibrila (25. Enrike Kustodio, 70) 93. Brahim Konate 11. Junior Martins (29. Ceyhun Nuriyev, 70) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev (70. Paulo Quimbila, 88) 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 90+3) 27. Eşqin Əhmədov (97. Elşad Tağıyev, 88) 12. İbrahim Sanqare (30. Prins Ovusu, 58) 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo (66. Nuğay Rəşidov, 88)
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
Qeyd edək ki, turun son 2 oyunu noyabrın 23-də keçiriləcək.















































































