“Qarabağ”ın futbolçusu Emmanuel Addai Azərbaycan Premyer Liqanın 12-ci turunda “Sumqayıt”la oyundan sonra Sportnet.az-a açıqlama verib.
Futbolçu matçı belə dəyərləndirib:
“Hər iki komanda çox yaxşı oynadı və məncə, oyun maraqlı keçdi. Komandamın qalib gəlməsinə şadam, çünki turnir cədvəlində daha rahat olmaq üçün bu xallara çox ehtiyacımız var idi. Ümumilikdə, oyun çox yaxşı oldu.”
Emmanuel Addai matçda yaşanan epizodla bağlı da fikrini bildirib:
“Xeyr, məncə bu qırmızı yox idi, çünki qarşımda bir nəfər var idi. Mən ona toxunduqda bu, tək olmadığım deməkdir. O da tək deyildi. Onun önündə başqa bir oyunçu var idi. Ona görə də qırmızı düzgün qərar deyildi.”
Sonda o, qələbənin növbəti oyunlara təsirini vurğulayıb:
“Bu gün oyunu qazandığımız üçün xoşbəxtəm. Belə qələbələr bizi növbəti oyun, xüsusilə Napoli ilə qarşılaşmaya motivasiya edir. Oyun əla keçdi və qalib gəldiyimiz üçün çox sevinirəm. Təşəkkür edirəm.”































































