Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu funksiyanı yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynadan Səbinə Kərimova yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.










































































