“Qəbələ” və “Kəpəz” klubları arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, müqavilə müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alan PFL Azərbaycan Premyer Liqasının XIII turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.
Qeyd edək ki, Yevlax şəhər stadionunda açılış oyunu noyabrın 21-də "Karvan-Yevlax" və "Kəpəz" arasında olacaq. XIII turda isə "Kəpəz" "Zirə"ni qəbul edəcək.










































































