Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Baku Sportinq"i qəbul edib. 68-ci dəqiqədə Rikardo Apolinario çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun təyin etdiyi penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini "Baku Sportinq"in qapıçısı Cəfər Əlizadə dəf edib. Cəmi 1 dəqiqə sonra Abdullahi Şuaybu qol vurmağı bacarıb.
"Şamaxı" 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə üz-üzə gələcək.





































































