SSRİ yığmasının və Ukraynanın "Dinamo Kiyev" komandasının sabiq futbolçusu Vladimir Muntyan vəfat edib.
Sportnet.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra 80 yaşında ikən dünyasını dəyişib.
Əslən moldovalı Muntyan 7 dəfə SSRİ çempionu, 2 dəfə SSRİ Kubokunun sahibi, UEFA Kuboklar Kubokunun və UEFA Super Kubokunun qalibi olub.O, 1972-ci ildə SSRİ millisinin tərkibində Avropa çempionatının gümüş medalına yiyələnib.



































































