Bizon Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, "Turan Tovuz" komandasıdır.
Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv 1/8 finalda "Şahdağ Qusar"ı üstələyib - 2:1. Sumqayıt şəhərindəki "SOCAR Polymer" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 4-cü dəqiqədə penalti ilə Ayxan Hüseynov açıb. 64-cü dəqiqədə Aleks Souza fərqi artırıb.
Nominal meydan sahibləri təsəlli qolunu 76-cı dəqiqədə vurub. Matçda təyin olunmuş ikinci penaltidən Famil Camalov fərqlənib.
"Turan Tovuz" 1/4 finalda "Araz-Naxçıvan" - Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.




































































