Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri Super Liqada XIV turun oyunu zamanı "Qalatasaray"ın futbolçusu Kazımcan Karataşa tribunadan yad əşya atıblar.
Sportnet.az xəbər verir ki, hadisə "sarı-qırmızılar"ın 26-cı dəqiqədə hesabı açdığı vaxt baş verib.
Qonaq komanda qol sevinci yaşadığı vaxt yad əşya Karataşın sifətinə tuş gəlib. 22 yaşlı cinah oyunçusu zərbədən yerə sərilib. O, həkim müdaxiləsindən sonra oyunu davam etdirib.
Matçın ardından "Qalatasaray" klubu Kazımcanın gözünün son halını paylaşıb və "Üzündəki yara alnımızın açıqlığıdır!" sözlərini yazıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.




































































