Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində ikinci oyun gününün son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Azersun Arena"da "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Nəriman Axundzadə 80-ci və 89-cu dəqiqələrdə fərqlənərək, "dubl" edib. 83-cü dəqiqədə isə "Karvan-Yevlax"ın müdafiəçisi Elvin Yunuszadə topu öz qapısına göndərib.
"Qarabağ" 1/4 finalda "Şamaxı" ilə üz-üzə gələcək. 2026-cı ildə keçiriləcək ilk görüşlər 3-4 fevralda, cavab görüşləri 3-4 martda olacaq.
---------------
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksində "İmişli" kubokun son sahibi "Sabah" komandasını qəbul edib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Oyunun əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqləniblər.
59-cu dəqiqədə "Sabah"ın legioneri Coy Lens Mikels hesabı açıb.
89-cu dəqiqədə "İmişli" penalti qazanıb. İbrahim Əliyev fürsəti əldən verməyib.
Əlavə vaxtda isə "Sabah" qələbəyə nail olub. 95-ci dəqiqədə Kahim Parris fərqlənərək, komandasını 1/4 finala çıxarıb. Növbəti rəqib "Qəbələ" - "Şəfa" matçının qalibi olacaq. Qarşılaşma dekabrın 4-də keçiriləcək.
Şamaxı şəhər stadionunda isə eyniadlı komanda "Baku Sportinq"i qəbul edib. 68-ci dəqiqədə Rikardo Apolinario çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun təyin etdiyi penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini "Baku Sportinq"in qapıçısı Cəfər Əlizadə dəf edib. Cəmi 1 dəqiqə sonra Abdullahi Şuaybu qol vurmağı bacarıb.
"Şamaxı" 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə üz-üzə gələcək. Bu gün "Azersun Arena"da keçiriləcək görüş saat 19:00-da başlanacaq.
-----------------------
Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 1-i I Liqa komandasının iştirakı ilə gerçəkləşəcək. Hər 3 matçı FIFA referiləri idarə edəcək:
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə)
14:00. “Şamaxı” – “Baku Sportinq” - 1:0
Qol: Abdullahi Şuaybu, 69
İstifadə olunmamış penalti: Rikardo Apolinario, 68 ("Şamaxı")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
14:00. “İmişli” – “Sabah” - 1:2 (ƏSAS VAXT - 1:1, ƏLAVƏ VAXT - 0:1)
Qollar: İbrahim Əliyev, 89 (pen.) - Coy Lens Mikels, 59. Kahim Parris, 96
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu
19:00. “Qarabağ” – “Karvan-Yevlax” - 0:3
Qollar: Nəriman Axundzadə, 80; 89. Elvin Yunuszadə, 83 (öz qapısına)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”
Qeyd edək ki, ilk oyun günündə "Turan Tovuz" "Şahdağ Qusar"ı 2:1, "Zirə" "Neftçi"ni 1:0 hesabı ilə yenərək, 1/4 finala yüksəlib.















































































