"Mançester Siti"nin futbolçusu Erlin Holann İngiltərə Premyer Liqasında daha bir rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, norveçli hücumçu XIV turun “Fulhem”lə səfər matçında İngiltərə çempionatındakı 100-cü qolunu vurub.
Görüş "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb - 5:4.
25 yaşlı hücumçu bu nailiyyətə çatan ən sürətli futbolçu kimi tarixə düşüb. Holanna 100 qol vurmaq üçün cəmi 111 oyun lazım olub.
Əvvəlki rekord Alan Şirerə məxsus idi. O, 100 qolu 125 matçda rəsmiləşdirmişdi. Bu göstəriciyə 142 qarşılaşmada çatan Harri Keyn isə siyahıda üçüncü pillədədir.
Qeyd edək ki, Erlin Holann “Mançester Siti”yə 2022-ci ilin yayında transfer olunub. Futbolçunun klubla müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, hücumçunun bazar dəyəri 180 milyon avro təşkil edir.




































































