İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin son tur matçının biletlərinin "qara bazar"da satışına başlanılıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı ingiltərəli sosial şəbəkə istifadəçiləri elanlar paylaşıblar.
Onlar potensial alıcılara müxtəlif sektorlardan biletlər təklif edirlər. Biletlərə 50 - 100 funt sterlinq (116 - 232 manat) qiymət qoyulub.
Bu addım oyuna azərbaycanlı azarkeşlərin qarşılaşmaya marağının böyük olması ilə əlaqələndirilir. "Qarabağ" fanatları üçün ayrılmış sektora bütün biletlərin alındığı güman edilir.
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
















































































