“Santos”un futbolçusu Neymar 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə Braziliya millisinin düşərgəsinə qoşulub.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu komandanın məşq bazasına şəxsi helikopteri ilə gəlib.
Enişdən sonra Neymar millinin baş məşqçisi Karlo Ançelotti və komanda yoldaşları ilə görüşərək onları qucaqlayıb.
Braziliya millisi DÇ-2026-nın qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur. Onun hesabında yığmanın heyətində 79 qol var.


































































