“Zirə” yeni futbolçuyla anlaşıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, komanda braziliyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.















































































