1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016": Təmsilçilərimizin rəqibləri müəyyənləşdi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib.
Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (6:19.600), bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:20.560) və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06:20.620) duetləri kubalı Eduardo Rubio Rodriges - Andrian Oquendo (06:21.520) cütlüyünü üstələyərək, ilk 3 yerin sahibi kimi yarımfinala adlayıblar.
Aleksandrov - Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.
Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk "3-lüy"ə düşənlər finala yüksələcəklər.