İspaniyada vergidən yayınmaqla ittiham olunan İtaliyanın "Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu günahını etiraf edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Football Italia” portalı xəbər yayıb.
33 yaşlı futbolçu məhkəmə zalında öz günahını etiraf edib və ikiillik şərti cəza ilə razılaşıb. İspaniya qanunvericiliyinə müvafiq olaraq, o, yenidən məhkəmə qarşısına çıxmalıdır.
Bildirilir ki, Madridin "Real” klubunu təmsil edərkən, futbolçu 2011-2014-cü illər arası 14,7 milyon avro məbləğində vergidən yayınmada günahlandırılıb. Futbolçu artıq İspaniya xəzinəsinə 13,4 milyon avro ödəyib.
Məhkəmə futbolçunun iki il müddətinə həbsi barədə qərar çıxarıb. Lakin İspaniya qanunvericiliyinə əsasən, real həbs müddətinin şərti cəza ilə əvəz edilməsi mümkündür. Əgər Ronaldu bu qanunvericiliyi yenidən pozarsa, yenidən həbs olunacaq.