
Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışda zəncirvari qəza baş verib.
Sportnet.az xəbər verir ki, startdan dərhal sonra 2-ci döngədə 3 bolid toqquşub.
Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və yarışın yeganə qadın iştirakçısı Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırıb.
Qeyd edək ki, ikinci yarış 21 dövrədən ibarətdir.
Bir qədər sonra “Triden”nin digər pilotu Culian Alezi də qəza keçirərək, mübarizəni başa vurub.
Qeyd edək ki, ikinci yarış 21 dövrədən ibarətdir.