1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz daha 3 lisenziyadan məhrum edildi
Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb.
Buna ölkənin 6 atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub. Bir müddət əvvəl İWF-nin Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Konqresində Azərbaycanın aktivindən 1 kişi, 1 qadın idmançını çıxarmışdı. Belədə ölkəmizin 3 lisenziyası qalmışdı. Lakin beynəlxalq qurum yeni qərarla ağırlıqqaldıranlarımızı qalan lisenziyalardan da məhrum edib. Beləliklə, "Rio-2016"da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək.
Qeyd edək ki, dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.