Azərbaycan millisinin Ukrayna əsilli atleti Anna Skidan bu gün Portuqaliyanın Leyriya şəhərində start götürən atmalar üzrə Avropa Kubokuna yollana bilməyib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Məhərrəm Sultanzadə məlumat verib.
Federasiya rəsmisi çəkicatma növündə çıxış edən 30 yaşlı idmançının Ukraynadakı vəziyyətlə əlaqədar yarışı buraxdığını bildirib: "Onun Avropa Kubokunda iştirakı planlaşdırılırdı. Hətta bileti də alınmışdı".
Sultanzadə Skidanın məşqçisi ilə birlikdə paytaxt Kiyevdə zirzəmidə qaldığını və hazırda durumlarının normal olduğunu söyləyib.
Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.