
Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva daha bir beynəlxalq turnirdə iştirak edəcək.
Sportnet.az xəbər verir ki, idmançımız Almaniyada təşkil olunacaq “Bavariya Open”də mübarizə aparacaq.
Təmsilçimiz yeniyetmə qızların yarışında iştirak edəcək. Səbinə yanvarın 31-də qısa, fevralın 1-də sərbəst proqramla buz üzərinə çıxacaq. Bu yarışda 18 konkisürən mübarizə aparacaq.