
İspaniyanın paytaxtı Madriddə U-15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir.
Sportnet.az xəbər verir ki, son yarış günü Azərbaycan atletlərdən Muhəmmədəli Məmmədzadə U-15 kateqoriyasında mübarizəyə qoşulub. 88 kq çəki dərəcəsində yarışan təmsilçi birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək gümüş medala sahib olub.
Muhəmmədəli təkanla qaldırma hərəkətində 147 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.
Bu çəki dərəcəsində yarışmış digər Azərbaycan təmsilçisi Ayxan Məmmədov isə toplamda 218 kq (102+116) nəticə ilə birinciliyi 6-cı pillədə başa vurub.