Türkiyə ağırlıqqaldıranı Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. Əvvəlki rekord isə 159 kq olub.
İsmayılov təkanla qaldırmada 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, Daniyar İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. O, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.