Bu, mənim üçün çox böyük uğurdur.
Sportnet.az məlumatına görə, bunu Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.
Bakıda qarşılanma zamanı jurnalistlərə açıqlama verən idmançı yarışın səviyyəsinin dünya çempionatına bərabər olduğunu söyləyib: "Avropa çempionatındakı zədəmlə əlqədar olaraq məşqlərə qoşula bilməmişdim. Turnirdə iştirakım üçün federasiyanın vitse-prezidenti Firdovsi Umudov böyük dəstək verdi. Mənə olan etimadı doğruldub 3 gümüş medal qazandım. Dünya çempionatından 3 bürünc qazansam da, bu nəticələrdə mənim uğurlarım sırasına əlavə olundu. Bundan sonra mundiala hazırlaşacağam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdur".