
Noyabrın 12-də Mərakeşin Kasablanka şəhərində start götürəcək sambo üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, mundialda baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 8 idmançı qüvvəsini sınayacaq.
Afrikada Nəsimi Umbayev (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Ami Qasımov (74 kq), Nazir Əlisultanov (90 kq), Nizami Məmmədov (100 kq) və Fərid Yusifov (57 kq) çıxış edəcək. Bunlardan Qasımov "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, finalda belaruslu Stepan Popovun ağrıdoğurucu fəndindən sonra təslim olub. Samboçumuzun ayağındakı ağrılar üzündən yeriyə bilmədiyini görən Popov onu çiyinlərinə alaraq, zaldan çıxarıb.  
Qeyd edək ki, dünya çempionatına noyabrın 16-da yekun vurulacaq.









                 





    
    
    
    
    
    
    
    
    






















































