
Qeyd edək ki, 2009-cu ildə Braziliyanın U-20 milli komandasının heyətində 7 oyuna 1 qol vuran Bruno Bertuççi "Korintians” (Braziliya) və "Qrashopper” (İsveçrə) kimi klublarda çıxış edib. 2012-ci ildən "Neftçi”nin formasını geyinən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.