Topaz Premyer Liqasındakı fasilədən yararlanan "Neftçi" və "Bakı" klubları yoxlama matçı keçiriblər. Sportnet.az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb - 0:0.
"Neftçi"nin əsas heyət üzvlərindən Ernest Nfor, Mirhüseyn Seyidov və Flavinyo "18-lik"də də yer almayıb. Nfor və Seyidova istirahət verildiyi halda, braziliyalı kapitan zədəsinin müalicəsi məqsədilə İtaliyada olduğundan, matçı buraxıb. "Bakı"nın təcrübəlilərdən isə yalnız qapıçı Aqil Məmmədov oyunda iştirak etməyib. Onun xəstə olduğu açıqlanıb.
Oyun "Neftçi"nin üstünlüyü şəraitində keçsə də, bir neçə epizodda qol imkanı əldən verilib. "Bakı" isə əzmkar çıxışı ilə diqqət çəkib. Matçın son 30 dəqiqəsində paytaxtın eyniadlı təmsilçisi azsaylı legionerlərini də əvəzləyərək, yalnız yerli futbolçularla mübarizə aparıb.
Qeyd edək ki, hazırda təlim-məşq toplantısında olan "Bakı"nın daha bir yoxlama görüşü keçirməsi planlaşdırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |