Sərbəst güləş üzrə 3 qat Olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, rusiyalı veteran pəhləvanla bu gün Gənclər və İdman Nazirliyində görüş keçiriləcək.
Tədbir saat 11:30-da başlanacaq.
Qeyd edək ki, Buvaysar Saytiyev 11 mart 1975-ci ildə Dağıstan Respublikasının Xasavyurt şəhərində anadan olub. O, Atlanta (1996), Afina (2004) və Pekin (2008) olimpiadalarının 74 kq çəki dərəcəsində qızıl medal qazanıb. Saytiyev 1995, 1997, 1998, 2001, 2003 və 2005-ci ildə dünya, 1996, 1997, 1998, 2000, 2001, 2006-ci ildə Avropa çempionu olub. Eyni zamanda 4 qat Rusiya çempionu və Rusiyanın əməkdar məşqçisidir. Karyerasını 2009-cu ildə başa vurub.
3 oğlu, 1 qızı var.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |