Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının III tur matçı öncəsi jurnalistlər önünə çıxıb. Sportnet.az-ın məlumatına görə, mətbuat konfransında Markeviç əksər suallara lakonik cavab verib...
- Miron Boqdanoviç, sabah hücumda kimə üstünlük verəcəksiniz: Seleznyova, yoxsa Kaliniçə?
- Sizə bütün heyətimi deməliyəm? Burada Azərbaycandan kimsə var?
- Xeyr, yalnız ukraynalılardır.
- Miron Boqdanoviç, sabah hücumda kimə üstünlük verəcəksiniz: Seleznyova, yoxsa Kaliniçə?
- Sizə bütün heyətimi deməliyəm? Burada Azərbaycandan kimsə var?
- Xeyr, yalnız ukraynalılardır.
- Mən hələ kimi buraxacağımı bilmirəm. Seleznyov da son zamanlar qol vurub, Kaliniç də yaxşı formadadır. Hələ fikirləşəcəyik.
— Bəs Roman Zozulya?
- Baxarıq. Ola bilsin, "Volın"la kubok matçında meydana çıxdı.
— "Dnepr"in oyunçuları bildirirlər ki, "Qarabağ" keyfiyyətli rəqibdir. Bunu azərbaycanlıların "Sent Etyen"lə oyunu da göstərdi. Yəqin ki, komandanı öyrənmisiniz. Rəqibin güclü və zəif tərəflərini müəyyənləşdirmisiniz?
— Rəqib həqiqətən də "Sent Etyen"lə bərabər oynadı. Qol epizodları olsa da, yararlana bilmədilər. "Qarabağ" hücumda yaxşı oynayır, amma hər komandanın zəif tərəfləri var. Onlardan yararlanmağa çalışacağıq. Baxarıq, görək bu necə alınacaq.
- Mətbuat konfransında Yan Laştuvkanın iştirakı onun sabah qapıda duracağı anlamına gəlir?
- Hər şey mümkündür. Müəyyənləşdirərik. Bizim hələ bir məşqimiz də var.
— Boyko zədəli deyil?

— Xeyr.
— Belə bir fikir var ki, iki komanda arasındakı ardıcıl oyunlar növbəti mərhələyə kimin vəsiqə qazanacağını müəyyənləşdirir. Razısınız?
— Bəli, razıyam. Yaxın 2 oyun müəyyənedici olacaq.