
Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Dnepr"lə "Qarabağ" arasında keçiriləcək Avropa Liqası matçında anşlaq olmayacaq. Sportnet.az-ın "Dnepr"in rəsmi saytına istinadən məlumatına görə, bu barədə stadion əməkdaşları açıqlama veriblər.
Onlar bildiriblər ki, görüşə 10 minədək tamaşaçının gəlişi gözlənilir. Bu isə "Olimpiyski"nin ümumi tutumundan 7 dəfə azdır.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 24 oktyabr saat 00:05-də) start götürəcək.