
Daha öncə Beynəlxalq Olimpiya Komitəsi Kosovonu ilkin olaraq, tanıyıb. Bu qərara Serbiya Olimpiya Komitəsi etiraz edib. Tamhüquqlu üzv kimi tanınacağı halda, Kosovonun gələn ay Bakıda keçiriləcək EOC Baş Assambleyasında ilk Avropa Oyunlarına buraxılmasına dair qərar qəbul olunacaq.
Qeyd edək ki, I Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək keçiriləcək. Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb.