
"Qarabağ" Ukrayna "Dnepr"i ilə Avropa Liqasının III tur matçında daha bir futbolçunun xidmətindən məhrum olub. Sportnet.az-ın məlumatına görə, Bakıdakı son məşq öncəsi başından zədələnən Leroy Corcun adı "18-liy"ə daxil edilməyib.
Bu isə o deməkdir ki, braziliyalı Danilo Dias və Çumbinyodan əlavə, hollandiyalı yarımmüdafiəçi də "Dnepr"lə ilk qarşılaşmada oynamayacaq.
Qeyd edək ki, matç oktyabrın 24-ə keçən gecə saat 00:05-də başlanacaq.