Fransa "Sent Etyen"inin baş məşqçisi Kristof Qaltye "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Dnepr" üzərində Ukraynada qazandığı 1:0 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu nəticəyə təəccüblənmədiyini bildirib.
Qaltye deyib ki, "Qarabağ" yaxşı komanda olduğunu "San Siro"da İtaliya "İnter"i ilə qarşılaşmada da sübuta yetirib: "Səfərdə "Dnepr" üzərində qələbə bu komandanın önəmini göstərir. "Qarabağ" qrupda 2-ci yer uğrunda mübarizədə əsas rəqibimizdir. Bu komandanın "Dnepr" üzərində qələbəsi bizim üçün nokaut oldu. İndi 2 həftədən sonra "İnter"i yenməliyik. 3 oyundan 3 xal azdır".
Qeyd edək ki, 3 turdan sonra "İnter" 7 xalla F qrupuna başçılıq edir. "Qarabağ" 4 xalla 2-ci, "Sent Etyen" 3 xalla 3-cü, "Dnepr" isə 1 xalla 4-cüdür.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |